37 yaşlı qadının boğazını kəsdilər

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Türkiyəda İzmir vilayətinin Buca rayonunda 37 yaşlı Özləm Çingil adlı qadın yaşadığı evdə boğazı kəsilmiş, sinəsindən bıçaqlanmış vəziyyətdə tapılıb.

Polis qrupları qadını öldürən şəxs və ya şəxslərin kimliyinin araşdırılması və yaxalanması üçün əməliyyat-axtarış tədbirləri başladıb.

Hadisə ötən gün axşam saatlarında meydana gəlib. Özləm Çingilin qonşularından biri onun qışqırıq səsini eşidib və polisə xəbər verib.

Hadisə yerinə gələn təcili yardım işçiləri bədənində kəsilmiş-deşilmiş yaralar alan qadının öldüyünü müəyyən ediblər.

Cinayətlə bağlı şübhəli bilinən iki nəfərin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün polis axtarışlarını davam etdirir. …read more

From:: ANS