Azərbaycanda nazirliyin əməkdaşı qəzaya düşdü (FOTO)

Quba-Xaçmaz yolunun 4-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı maşınla at arabası toqquşub.

Qubanın Alekseyevka kəndində baş verən qəzada Quba sakini Mətləb Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobil Quba rayonu Zizik kənd sakini Xəyyam Məmmədovun sürdüyü at arabası ilə toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobil və at arabası ciddi zərər görüb. Qəza zamanı at da ciddi zədə alıb.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir.

…read more

From:: ANS