Evakuator yüklənərkən maşının üstünə düşdü (VİDEO, FOTO)

Moskvada kuryoz yol hadisəsi yaşanıb.

ANS PRESS-in məlumatına görə, qaydaları pozan “Audi” avtomobilini aparmaq üçün çağırılan evakuator aşıb.

Avtomobilin yüklənməsi zamanı uğursuzluq yaşandığından evakuator sol yanı üstə digər xarici avtomobilin üstünə aşıb.

Hadisənin maşının düzgün yüklənməməsinə görə baş verdiyi bildirilir. Avtomobili qaldırarkən texnik dayaq nöqtələrini qoymadığı üçün evakuator tarazlığı itirərək aşıb.

Hadisə zamanı zərər çəkmiş “Audi” sahibinə kompensasiya ödənəcək.

…read more

From:: ANS