FİFA-nın ərizə müddəti bitti

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidentliyinə keçiriləcək seçkidə mübarizə aparacaq namizədlərin ərizə verməsinə qoyulmuş vaxt bu gün başa çatır. İndiki prezident Yozef Blatter seçkidə yenidən mübarizə aparacaq.

ANS PRESS-in məlumatına görə, o, bu barədə “Twitter” səhifəsində yazıb və artıq ərizə təqdim etdiyini deyib: “Bu gün seçki təqvimində mühüm gündür. Mən sifariş vermişəm. İndi iş seçki komitəsinə qalır…”

Prezidentlik uğrunda həmçinin daha 5 namizəd mübarizə aparır. Onların arasında Fransa millisinin sabiq futbolçusu David Jinola, FİFA-nın keçmiş baş katibi Jerom Şampan, Hollandiya Futbol Federasiyasının başçısı Maykl van Praq, portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu da var. FİFA-nın başçısı vəzifəsinə İordaniya kralı Əli Bin Əl-Hüseyn də iddialıdır.

Xatırladaq ki, bu mötəbər idman təşkilatına sekilər 4 ildən bir keçirilir. Y.Blatter 1998-ci ildən FİFA prezidentidir. O, son vaxtlar sərt tənqidlərlə qarşılaşır və korrupsiyada ittiham olunur. …read more

From:: ANS