ATƏT Qarabağı bizə qaytarır?

Yaxın zamanlarla işğal edilmiş Azərbaycan rayonlarından bəziləri Azərbaycana qaytarıla bilər.

ANS PRESS-in məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri İviva Dacicin Dağlıq Qarabağ münaqişəsi barədə dünən səsləndirilmiş bəyanatını şərh edən erməni saytlarının əksəriyyəti bu fikrii səsləndiriblər.

Ermənistanın “Lragir” portalı ehtimal edir ki, Dacic üstüörtülü şəkildə regioana sülhməramlı qüvvələrin yeridilməsinin vacib olduğunu vurğulayır. “Ən əsas sual bu qoşunların harada yerləşdirilməli olması barədədir. Madrid prinsipləri müəyyən ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Qoşunlar təbii ki, yeni təmas xətti üzrə yerləşdirilməlidirlər”,- deyə portal vurğulayır.

Məqalədə bildirilir ki, indiyə kimi Rusiyanın bölgəyə qoşun yeritmək niyyəti müzakirə olunurdu və ABŞ-la Fransa buna fəal müqavimət göstərirdi. Müəllif dolayısı ilə artıq digər həmsədrlərin də bu fikrə gəlməsindən ehtiyat edir.

“Bu məsələ Qarabağ nizamlanması üzrə təklif edilən sazişin razılaşmamış bəndlərindən biridir”,- deyə məqalədə vurğulanır. …read more

From:: ANS