Dünya savaşı başlayır

Rusiya ilə ABŞ arasında açıq şəkildə “soyuq müharibə” gedir və bu savaşın “isti müharibə”yə çevrilməsi an məsələsdir”

ANS PRESS-in məlumatına görə, bunu SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov bəyan edib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskvanı yürütdüyü siyasətlə qarşıdurmaya çəkir.

“Təəssüflər olsun ki, mən “soyuq müharibə”nin şiddətli müharibəyə keçməyəcəyini əminliklə deyə bilmirəm. Qorxuram ki, Onlar (ABŞ) buna risk edəcək”, deyə Qorbaçov bildirib.

Qorbaçov Rusiyaya qarşı tətbiq edilən sanksiyalara da münasibət bildirib: “İndi ancaq bir məsələni eşidirsən. ABŞ və Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq eedəcək. Doğrudanmı, bunlar başlarını itiriblər?”.

Qeyd edək ki, Qorbaçov Ukrayna münaqişəsinin gec-tez dünya savaşına səbəb olacağını dəfələrlə bəyan edib. …read more

From:: ANS