“Vaqif Səmədoğlu atasının yolu ilə getmədi” (FOTO)

“Vaqif Səmədoğlu böyük şairimiz Səməd Vurğunun yolu ilə getmədi. Baxmayarq ki, Səməd Vurğun onun doğmaca atası idi”.

Bunu ANS PRESS-ə Azərbaycanın Xalq şairi Zöhrab Tahir deyib. O, bildirib ki, Vaqif Səmədoğluda poetik cəsarət o qədər güclü idi ki, poeziya sahəsində öz yolu ilə, öz cığırı ilə getdi.

Qeyd edək ki, ötən gün dünyasını dəyişmiş Vaqif Səmədoğlu ilə vida mərasimi yenicə başlayıb. Mərasimdə şairin qələm yoldaşları, tanınmış şəxslər, və onu sevənlər iştirak edir.

Allah rəhmət eləsin!

…read more

From:: ANS