“Hafizik, əgər qulağımı kəsməsən, kişi yox e, kişicik də deyilsən”

“Hafizik, sənə axırıncı dəfə cavab verib səni şərəfləndirirəm. Əgər mənim qulağımı kəsməsən, deməli heç kişi yox e, kişicik də deyilsən”

Prodüsser Tolik Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə xitabən söyləyib.

ANS PRESS-in məlumatına görə, siyasətçi ilə şou-biznesin məşhur nümayəndəsi arasında “qaydasız döyüş” gedir. Tərəflər mətbuatda və sosial mediada bir-birlərinə qarşı təhqirlər işlədirlər.

Tolik bu gün İnstagram səhifəsində Hafiz Hacıyevin mətbuatda səsləndirdiyi təhqirlərinə elə təhqirlə cavab verib: “Hafizik, sənə axırıncı dəfə cavab verib səni şərəfləndirirəm. Əgər sən mənim qulağımı kəsməsən, sən deməli heç kişi yox e, kişicik də deyilsən. Bir də ki, deyirsən əlində şəkillər var. Əgər onları yaymasan deməli sən nəinki kişi, heç çəpiş də deyilsən! Kül sənin başına, mənim hansı şəkillərim var, heç özüm də bilmirəm. Ay aman, qorxdum, Hafiz gəlir. Bir az parklarda az gəz, yoxsa səni də yoldan çıxardarlar, olarsan Hafizuşka. Allah sənə kömək olsun və sənin partiyan da olanlara səbr diləyirəm. Allah Azərbaycanı qorusun sənin kimi …dən. Xoxan P.S o getdiyim çayxanada məni görən varsa yazdın xahiş edirəm, mən çayxanala getmirəm.”

Siyasətçinin, “Görürəm Tolik məni yaman arzulayır. Bir axşam çalışaram da… Bir az belə şeylər pisdir və belə şeylərə meyilli deyilik. Amma çalışarıq ki, nəsə edək… ” sözlərini isə prodüser özünəməxsus cavablandırıb: “Hafiz, sən hərdən bir az bazardan hörmət al da özünə. Get həkimə, yoxlatdır özünü, gör səndə kişilik funksiyaları hələ fəaliyyətdədi? Bir də ki, sənin kimilər heç vaxt mənim zövqümdə olmayıb. Allah, gör mən nə gündəyəm”!?

Xatırladaq ki, H.Hacıyev mətbuata açıqlamasında canlı efirdə manat cıran Sevil-Sevinc bacıları ilə rastlaşarsa, onların üzünə tüpürəcəyini demişdi. Onun bu reaksiyası tanınmış prodüser Tolikin etirazına səbəb olmuşdu. Tolik isə “Instagram” səhifəsində Hafiz Hacıyevin fikirlərinə qarşı çıxaraq, əkizləri müdafiə edib. Hətta Hafiz Hacıyevdən açıqlama alan jurnalisti təhqir etməkdən belə çəkinməyib: “Mən sabah vəkilimə deyəcəyəm. Kül bundan müsahibə alan jurnalistin başına. Onun başı çatmır, sizə nə gəlib, ay savadsızlar”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev …read more

From:: ANS