Moldova seçkiləri baş tutmuş sayıb

Xəbər verdiyimiz kimi, bu gün Moldova Respublikasında parlament seçkiləri keçirilir. Seçkilərdə 29 siyasi partiya, bir seçki bloku və dörd müstəqil namizəd iştirak edir.

Yerli vaxtla saat 15:30-a olan vəziyyətə görə, seçicilərin 39,21 faizi səs verib.

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yuriye Çokan keçirdiyi brifinqdə bildirib ki, ölkədə parlament seçkiləri baş tutub.

Qanunvericiliyə görə, seçkilərin baş tutmuş sayılması üçün seçicilərin üçdə bir hissəsindən bir qədər çoxunun səsvermədə iştirak etməsi lazımdır. …read more

From:: ANS