Neft bahalaşdı

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti bahalaşıb.

ANS PRESS-in məlumatına görə, amerikanın yüngül WTI markalı neftinin fyuçers qiyməti Nyu-Yorkun NYMEX birjasında 0,01 dollar qalxıb.

Bununla da onun qiyməti 1 barrelə 44,46 dollar səviyyədə qalıb.

Şimal dənizinin Brent markalı neftin fyuçerslərinin qiyməti isə Londonun ICE birjasında 0,13 dollar bahalaşıb.

Bununla da onun qiyməti 1 barrelə 48,60 dollar təşkil edib. …read more

From:: ANS