Ollanddan “soyqırım” bəyanatı

Fransa prezidenti Fransua Olland Türkiyə hakimiyyətini qondarma soyqırımını araşdırmağa çağırıb.

“Həqiqətin axtarılması yönündə səylər davam etməlidir”- deyə “France-Presse” prezidentdən sitat gətirir.

Xatırladaq ki, 2014-cü il 27 yanvarda Türkiyəyə gəlişinin ilk günündə Fransua Olland Türkiyə hakimiyyətini 1915-ci ildə erməni “soyqırımı” faktını etiraf etməyə çağırıb.

Qeyd edək ki, Ermənistan və Fransa iddia edirlər ki, 1915-ci ildə Osmanlı imperiyası qüvvələri 1,5 milyon erməni öldürüb.

Fransızların yadına salmaq lazımdır ki, məhz Ermənistan tərəfi Türkiyənin bir çox dəfə arxivlərin açılması, tarixçilərin debatına çağırması təklifini rədd edib və sırtıqcasına təxribat xarakterli tarixi yalanını iddia etməkdə davam edib. …read more

From:: ANS