Sidney kafesində girovlardan biri polis gülləsindən ölüb

Avstraliyada 15 dekabr 2014-cü ildə Sidney kafesində girov götürülməsi hadisəsinin istintaqı başlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri 9news.com.au portalı yayıb.

Qeyd olunur ki, Sidneyin mərkəzi Martin Pleys meydanında kafedə olan girovlardan biri məhz polis gülləsindən ölüb.

Bildirilir ki, polis kafeyə 22 dəfə atəş açıb. İndi məhkəmə polisin fəaliyyətinin həddindən artıq olmasını müəyyənləşdirməlidir.

Xatırladaq ki, 15 dekabr tarixində 49 yaşlı Haron Monis Sidney kafesinin binasına girərk içindəki insanları girov götürüb. Monis 16 saat ərzində girovları binada saxlayıb. Daha sonra polisin hücumu nəticəsində cinayətkar öldürülüb. Girovlardan 2-si həyatını itirib. …read more

From:: ANS