Təhlükədən necə qorunmalıyıq (VİDEO)

İnsanların ən çox məlumatlandığı, pis və ya yaxşı formada ibrət götürdüyü mənbə müasir dövrdə internetdir. İnternet bizim həyatımıza elə nüfuz edib ki, artıq özümüz haqda bir çox məlumatların dünya hörümçək torunun əksər hissələrində yerləşdirməkdən, paylaşmaqdan çəkinmirik. Bəs bu məlumatların qorunması, anonimlik necə həyata keçirilir? Ümumiyyətlə internetdə yerləşdirdiyimiz məlumatlar, nə vaxtsa elə özümüzə qarşı çevrilməyəcəyinə əminikmi?

ANS TV-nin məlumatına görə, 26 ildir ki, Amerika 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü kimi qeyd edir. Belə bir günün qeyd edilməsi zərurəti ötən əsrin 80-cı illərinin sonu “Morris soxulcanı” adlandırılan ilk kompüter virusunun kütləvi yayıldığı bir vaxtda meydana gəlib. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın vacibliyini düşünüblər. Bu səbəbdən də Kompüter Avadanlığı Assosiasiyası bu günü qeyd etməklə hamını bir gün də olsa, kompüter informasiyalarına təhlükəsizliyinə nəzarət etməyə çağırır. Bəs görəsən Azərbaycanda informasiya təhlükəsizliyinə necə əməl olunur?.

Mütəxəssislər informasiya təhlükəsizliyi iki istiqamətə ayırırlar. Bunlardan birincisi mühüm informasiyaların qorunub saxlanmasıdırsa, ikincisi zərərli informasiyalarının yayılmasının qarşısını almaqdır. Ekspertlər hesab edir ki, indiki dönəmdə istənilən zərərli informasiyanı sosial şəbəkələr vasitəsilə asanlıqla yaymaq olur.

Ekspert Cahid İsmayıloğlu deyir ki, bunu üçün dövlətin özünün xüsusi nəzarət sistemi olmalıdır: “Bununla yanaşı isə insanların özləri də ehtiyatlı olmalıdır. Bu gün istənilən dini eksterimist qruplaşmalar internet vasitəsilə ətrafına insanları toplayır. Bir neçə il öncəyə baxanda bu gün Azərbaycanda sosial şəbəkələrə nəzarəti tam ələ alıb”.

Şəxsi məlumatlarının təhlükəsizliyinin qorunması isə öz üzərimizə düşür. Bunun üçün internet üzərindən istənilən qeydiyyatı apararkən telefon nömrələrimizin, kredit kartlarımızın, hesab nömrələrinin və bizim haqqımızda ətraflı inforasiya toplaya bilən digər məlumatlarımızı məxfi saxlamalıyıq.

…read more

From:: ANS