Ermənilər qovulur

Mineralnıyı Vodı şəhərində rusların ermənilərə qarşı böyük aksiyası planlaşdırılır.

ANS PRESS-in məlumatına görə, mitinqin yerli icra hakimiyyət orqanları tərəfindən razılışdırılacağı deyilir. Böyük aksiya ötən həftənin şənbə günü Minvodda ermənilər əleyhinə baş tutan mitinqdə razılaşdırılıb. Aksiyada ermənilərin Minvoddan çıxarılmasının tələb ediləcəyi deyilir.

Qeyd edək ki, Minvodda bir həftə əvvəl ermənilərlə ruslar arasında kütləvi dava düşmüşdü. Davada rus xüsusi təyinatlısı Dmitri Sidorenko öldürülmüşdü. Bundan bir gün sonra xüsusi təyinatlını öldürməkdə şübhəli bilinən Mixail Qriqoryan saxlanılmışdı. Minvodda yaşayan ruslar isə ermənilərə qarşı aksiya keçirərək onların bu şəhərdən çıxmasını tələb etmişdilər.

Bu insident son vaxtlar Gümrü faciəsindən sonra ruslarla ermənilər arasında ikinci ən böyük qarşıdurmadır. …read more

From:: ANS