“Facebook”un gəliri artıb

Dünyanın ən böyük sosial şəbəkəsi sayılan “Facebook”in gəlirləri artıb.

Belə ki, ötən ilin son rübündə şirkət 701 milyon dollar gəlir əldə edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

ANS PRESS-in məlumatına görə, şirkətin reklamdan gələn gəliri 53 faiz artıb. Bunun 70 faizi mobil servisdəki reklamlardan gəlib.

“Facebook” rəhbərliyi bildirib ki, indi hər ay sosial şəbəkədə 1.39 milyard aktiv istifadəçisi olur. Bu da ötən ilə nisbətən 13 faiz artım deməkdir.

Qeyd edək ki, hər ay 1,19 milyard istifadəçi “Facebook” sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur ki, bu da 1,39 milyardlıq ümumi aylıq aktiv auditoriyanın təxminən 86 faizi deməkdir …read more

From:: ANS