ABŞ birinci xanımın müdafiəsinə qalxdı (FOTO)

Ağ ev ABŞ prezidenti Barak Obama ilə birlikdə kral ailəsinə başsağlığı vermək üçün Səudiyyə Ərəbistanına gedən, amma başını bağlamayan Mişel Obamanın müdafiəsinə qalxıb.

ANS PRESS-in məlumatına görə, Ağ ev sözçüsü Coş Ernest gündəlik brifinqində ölkənin birinci xanımının ərəbləri hiddətləndirən görüntüsü ilə bağlı suallara cavab verib.

“Birinci xanımın geyindiyi geyim keçmiş prezident həyat yoldaşları olan Laura Buş, Hillari Klinton, alman kansler Angela Merkelin Səudiyyə Ərəbistanına səfərləri zamanı geyindikləri geyimlə uyğundur”.

Ağ ev rəsmisi texaslı senator Ted Kruzun baş örtüsü taxamasına görə Mişel Obamanı alqışlayan statusları ilə bağlı da açıqlama verib. O, Ted Kruzun “tvit”inə heç nə deyə biləyəcəyini qeyd edib.

“Ancaq onu deyə bilərəm ki, birinci xanım həm Hindistan, həm də Ərəbistan səfərindən məmnun qalıb. Kral tərəfindən yaxşı qarşılandığını hiss edib. 60 min qadının təhsil almasına kömək məqsədilə yeni bir məktəbin kral tərəfindən inşa edilməsi ilə bağlı görüş keçiriblər”.

Qeyd edək ki, Mişel Obama Səudiyyə Ərəbistanına səfəri zamanı şalvar və uzun jaket geyinib. Lakin onun başında örtük olmayıb. Birinci xanımın bu addımı isə ərəblərinin xoşuna gəlməyib.
Ərəbistanlılar onun 2010-cu ildə İndoneziya səfəri zamanı başını bağladığını xatırladaraq burada da elə etməli olduğunu deyiblər.

…read more

From:: ANS