Rusiyanı çətin günlər gözləyir (VİDEO)

Bir ştatında föqəladə vəziyyət elan olsunsa da Birləşmiş Ştatların qayğısı özləri demişkən qalan dünya ilə bağlı oldu. Baş neftə qarışdı. OPEK neftin hasilatını nəinki dayandırmaq heç azaltmaq barədə də qərar vermədi.

Bu isə neftin dünya bazarında qiymətinin aşağı düşməsinə əlavə təkan verdi. “Brent” markalı neftin barreli 69 dollara da düşdü. Düzdü indi 70-72 dollar civarında səndələmələr var. Amma qiymətin quyuların dibinə doğru hərəkət edəcəyi realdır.

Qərbin bütün iqtisadi atəşlərinin hədəfi Rusiyanı çətin günlər gözləyir. Amma təkcə Rusiyanı yox, iqtisadiyyatını yalnız neftdən asılı edən bütün dövlətləri. Rusiya öz inadından dönmür və dönəcəyi də inandırıcı deyil. Çünki minmək bir, düşmək ikinci ayıbdır… Əvəzində qurunun oduna yaşlar da tüstüləyir. Kənardan isə görünür ki, deyəsən OPEK Rusiya ilə yox, neftin barrelini 30 dollardan əlim yandıda satan İŞİD-lə rəqabət aparır. Kim daha ucuz verər… Söhbət isə neft yox, qan bahasından da gedir. Qan isə həm də anla mənasına gəlir! Özü də əmr formasında.

…read more

From:: ANS