“Aslanlar”a yaraşmayan oyun (VİDEO)

Türkiyə kubokunda qrup mərhələsinin V turunun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, növbəti oyun günü məhsuldar keçib.

8 qarşılaşma baş tutub ki, onlardan ən maraqlısı “Eskişehirspor”la “Qalatasaray” idi. Burada istanbulluların meydandan qalib ayrılacağı proqnoz edilsə də, matç gözlənilən kimi olmayıb.

“G” qrupunda səfərdə “Es-es”lilərlə qaşılaşan “aslanlar” 0:1 hesabı ilə rəqib meydandan əliboş qayıdıblar. Matçda yeganə qolu Andac Güləyüz vurub.

Günün digər qaşılaşmalarında isə “Qaziantepspor” öz meydanında “Sivasspor”a (0:2), “Karagümrük” “Samsunspor”a (0:3) uduzub.

Qeyd edək ki, beşinci turun son iki oyunu bu gün keçiriləcək.

28 yanvar
Tükiyə kuboku, V tur

E qrupu
“Bayburt” – “Altınordu” – 3:1

C qrupu
“Karagümrük” – “Samsunspor” – 0:3

A qrupu
“Tuzlaspor” – “Qaziantep BB” – 3:1

“Qaziantepspor” – “Sivasspor” – 0:2

D qrupu
“Karabükspor” – “Sivas 4 Eylül” 2:1

F qrupu
“Adana Demirspor” – “Rizespor” – 1:1

G qrupu
“Yaşamspor” – “Diyarbakır” -:1:1
“Eskişehirspor” – “Qalatasaray” – 1:0
…read more

From:: ANS