Oyunlar ətrafında oyunlar (VİDEO)

Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Bu layihə öz miqyasına və çəkisinə görə Avroviziya müsabiqəsini belə arxada qoyur. Təbii ki, tarixi oyunların Azərbaycanda keçirilməsini istəyənlər kifayət qədərdir. Amma unutmayaq ki, hələ dünən Avroviziya mahnı müsabiqəsini qəbul etmişik və o müsabiqəyə soxulan nə qədər xarici səs var idi, onları da qulaqlarımız hələ unutmayıb.

O zaman Avropanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanı qara rəngdə təqdim edən nə qədər materiallar paylaşılırdı. Bizi günahlandırırdılar ki, Azərbaycanda siyasi məhbuslar çoxdur, müsabiqəni baykota çağırırdılar, elə yerli səviyyədə də bu qara piar öz dayaqlarını tapırdı. Məsələn, təkliflər səslənirdi ki, ifaçılar səhnəyə siyasi məhbuslara azadlıq tələb edən xüsusi şuarlar yazılmış maykalarda çıxsınlar. Bəzi qonşu dövlətlər isə iddia edirdilər ki, Avroviziya müsəlman dövlətlərinə xas deyil. Belələri Azərbaycanın az qala seksual azlıqlara xüsusi himayədarlıq etməkdə belə günahlandırırdılar. Avropa Oyunları ərəfəsində də oxşar vəziyyətlə üzləşmişik. Təzyiqlər başlayıb və getdikcə artmaqdadır. Bütün qütblərdən təzyiqlər var. Avropadan sərt tənqid alırıq. Beynəlxalq təşkilatların böyük əksəriyyətini Azərbaycana təzyiql əhval-ruhiyyəsində birləşib. Avroviziya ərəfəsində gedən, hətta daha mütəşəkkil şəkildə. Azərbaycan adlı, kiçik, amma öz azadlığının qürurlusu olan bir dövlətin müstəqillik iddiası, hətta Birləşmiş Ştatların belə xoşuna gəlmir. Barak Obama Azərbaycanın adını neqativ tonda öz rəqiblərinin sırasında Rusiya və Çinlə bir yerdə çəkir.

Bəs nə bilmişdik? Kim deyirdi ki, müstəqillik asan məsələdir. Kim demişdi ki, müstəqilliyi bir gün, bir dəfə qorumaq lazımdır. Xeyr müstəqillik çətin məsələdir. Müstəqilliy hər gün və hər dəfə qorumaq lazımdır. Cəmi 23 il bundan əvvəl müstəqilliyini doğmuş ölkə yeni doğmuş qadın bədəni kimi hər şeyə həssasdır. Bu gün adi bir hadisə belə kənardan müdaxilənin nəticəsi ola bilər. Lap elə artıq öyrəşməkdə olduğumuz intihar halının özünə belə bir gözlə baxmaq olmaz. Şəxsən mən baxmıram. Belə hala hündürdən baxmaq lazımdır. Qoy olsun lap elə Qız Qalasından. Mənə elə gəlir ki, özünü qalanın başından atmış bu adam öz başına olmayıb. Necə deyərlər, kimsə bizə get özünü …read more

From:: ANS