Qadınlara İŞİD tələsi

İŞİD terror təşkilatı qadınların öz aralarına qatılması üçün fərqli hiyləyə əl atıb.

ANS PRESS-in məlumatına görə, terrorçular sosial şəbəkədə açdıqları səhifələrində yemək reseptləri paylaşaraq qadınları ovlayır.

Əlbətdə ki, sosial media İŞİD-in ən güclü silahlarlından biridir. Terrorçular təşkilata yararlı cəlb etmək üçün bu dəfə qadınlara xas paylaşımlar etməyə başlayıblar.

Terrorçular səhifələrində yemək təriflərinin yer almasının səbəbini belə elə həmin səhifədə açıqlayıblar: “Bir gün boyunca savaşmanın sonunda cihadçıları şad etmək”.

“Russia Today”da yer alan xəbərə görə, yaraqlılar Twitter, Facebook və Youtube olmaqla üç ayrı sosial mediadakı paylaşımlarla qadınları cihada hazırlayırlar. …read more

From:: ANS