Xoşbəxt ailənin üzərində qara buludlar… (FOTO)

İngiltərənin keçmiş futbolçusu Devid Bekham yenə bir qadınla görünüb.

ANS PRESS-in məlumatına görə, keçən həftə Şanxayda bir gecə klubuna gedən Bekham yanındakı qaraşın gözəllə kameralarala tuş gəlib. Şəhərin ən gözəl gecə klublarından birinə etdiyi ziyarəti zamanı Bekhemin ətrafı mühafizəçilərlə əhatələnib.

Keçmiş futbolçu və yanındakı qaraşın qadın mühafizəçilərin müşaiyəti ilə maşına minərək klubdan uzaqlaşıblar. Onun yanındakı həmin qadın, “Görəsən yenə xoşbəxt ailənin üzərində qara buludlar dolaşır?” sualını gündəmə gətirib.

Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem 1999-cu ildən evlidirlər. Onların üç oğlan və bir qızları var.

Xatırladaq ki, Bekhemin adı 10 il bundan əvvəl də Rebekka Loos ilə birlikdə çəkilmişdi. Bu il də onun həyat yolşını dəfələrcə aldatması və hər xəyanətin aşkara çıxmasından sonra Viktoriya Bekhemə lüks hədiyyələr verməsi irəli sürülüb.

…read more

From:: ANS