Mayklı vuran polisin qərarı

Bu il avqustun 9-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis şəhərinin Ferqüson qəsəbəsində qaradərili gənc Maykl Braunu vuraraq öldürən Darren Uilson adlı polis hüquq-mühafizə orqanlarından istefa verib.

ANS PRESS-in məlumatına görə, Darren Uilson adlı polisin qaradərili gənc Maykl Braunu vuraraq öldürməsi ilə bağlı Andlılar Məhkəməsinin verdiyi qərar ölkənin bir çox şəhərlərində əhalini ayağa qaldırmışdı. Ölkənin bir sıra şəhərlərində hələ də etirazlar davam etməkdədir.

Qeyd edək ki, Uilson 4 gün əvvəl ABŞ-ın “ABC” televiziyasına müsahibə verərkən peşə müddəti boyunca ilk dəfə belə bir hadisə ilə üzləşdiyini bildirmişdi.

…read more

From:: ANS