Olland seks qalmaqalına görə işçilərini cəzalandırdı

On ay əvvəl aktrisa Culi Qaye ilə münasibəti ortaya çıxan Fransa prezidenti Fransua Olland yeni addımlar atıb.

ANS PRESS-in məlumatına görə, 59 yaşlı Fransua Ollandın 41 yaşlı aktrisa Culi Qaye ilə “eşq macərası” barədə təfərrüatlar bəlli olandan sonra bu, dövlət başçısının reytinqinə xeyli təsir etdi.

O, prezident iqamətgahında aktrisa ilə bir yerdə çəkilən görüntüyə görə Yelisey sarayının beş işçisini vəzifəsindən uzaqlaşdırıb.

Polisin fikrincə, cütlüyün şəkillərini içəridə olan presonaldan hansısa mobil telefona çəkib. Bundan başqa, vəzifəsindən uzaqlaşdırılan işçilər keçmiş prezident Nikolya Sarkozinin də xidmətçiləri olub.

Qeyd edək ki, bu il yanvarın əvvəllərində “Closer” jurnalı 59 yaşlı Ollandın Trierveyleri 41 yaşlı aktrisa Culi Qaye ilə aldatdığı haqqında məlumat yaymışdı. Jurnal yeddi səhifəlik həmin xəbərlə normal tirajından iki dəfə artıq – 600 min tirajla satılmışdı. …read more

From:: ANS