Roma Papasının motosikleti (FOTO)

2015-ci il fevralın 5-də Parisdə Roma Papası XVI Benediktə məxsus Harley-Davidson motosiklet hərraca çıxarılacaq.

Motosiklet məşhur şirkətin 110 illik yubileyi münasibətilə 2013-cü ildə Papaya hədiyyə olunub. Satışları həyata keçirəcək Bonhams-ın vitse-prezidenti Ben Uolker bu hadisəni hərrac üçün tarixi hadisə adlandırıb: “Biz fəxr edirik ki, belə bir fantastik maşının satışı məhz burada gerçəkləşəcək. Əldə olunan bütün vəsait kimsəsiz uşaqlara yardım məqsədilə Polşada yerləşən xeyriyyə fondunun hesabına köçürüləcək”.

Məlumata görə, motosikletin ilkin dəyəri 15-20 min avro arasında dəyişir.

Qeyd edək ki, XVI Benedikt 2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilib. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olub. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olub. O, 11 fevral 2013-cü il tarixində gözlənilmədən istefa verib. Səbəb kimi qocaldığına görə yorulduğunu və işləyə bilməyəcəyini bildirib.

…read more

From:: ANS