“Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında (VİDEO, FOTO)

Bu gün rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filminin yaradıcı heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

ANS PRESS-in mlumatına görə, məşhur amerikalı kinoulduz Leyn Devis və Türkiyənin tanınmış akltrisası Nəbahət Çehrə də ziyarətçilər arasında olub. Azərbaycanla yanaşı İran, Rusiya, Türkiyə və ABŞ-dan olan aktyor heyəti 20 yanvar şəhidləri, qurbanları və eləcə də Milli Qəhrəman Çingiz Mustafayevin məzarını ziyarət ediblər. Çəkiliş kollektivi şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüb.

Rejissor Vahid Mustafayev tanınmış aktyorlara 20 yanvar hadisəsi haqqında məlumatlar verib. 20 yanvar hadisələrində şəhid olan və eləcə də düşmən gülləsinin qurbanı olan insanlar haqqında danışan rejissor, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib.

Məşhur aktyor Leyn Devis ANS PRESS-ə açıqlamasında bildirib ki, 20 yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. O, bunun böyük bir inqilabi hərəkat olduğunu bildirib. Daha sonra aktyor bu inqlabi hərəkatı əks etdirən filmdə çəkilmək üçün aldığı dəvətdən çox məmnun olduğunu deyib.

“Rejissor Vahid Mustafayevlə işləmək mənə xüsusi zövq verir. Mən filmin çəkilişlərindən və aktyor kollektivindən çox razıyam. İnanıram ki, bu film ən yaxşı tarixi film olacaq”, – deyə Leyn Devis bildirib.

Filmdə rol alan tanınmış aktrisa Nəbahət Çehrə də filmdə çəkildiyini görə çox məmnun olduğunu bildirib.

“Bu təklifi alanda qürur hissi keçirdim. Türkiyə və Azərbaycan qardaş ölkədir. Ağrı-acılarımız da birdir. Bu səbəbdən filmdə yaşananları qəlbən hiss edirəm. Filmdə iki övladını itirən ana rolunu canlandırıram. Çalışacam ki, bu itkini rolumla ifadə edim. Təbii ki, çəkilişlərdə bir çox çətinliklər var. Əsas da filmin dublyajında müəyyən çətinliklər olur. Çalışacağam ki, üz ifadələrimdəki duyğunu dublyajın səsilə uyğunlaşdıra bilim. İnanıram ki, bu film beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüləcək”, – deyə Nəbahət Çehrə bildirib.

Rejissor Vahid Mustafayev bildirib ki, onun üzərində böyük bir məsuliyyət var: “Qarşımızda çox ağır və məsuliyyətli vəzifə dayanır. Çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk. Hazırda filmin 100 dəqiqəsini çəkmişik. Qarşıda daha 80 dəqiqə var”.

Qeyd edək ki, …read more

From:: ANS