Çernobıla boz ayılar qayıdıb

Çernobil faciəsindən ötən müddət ərzində ilk dəfə olaraq şəhərətrafı ərazidə boz ayıların peydə olması qeydə alınıb.

ANS PRESS-in “BBC”yə istinadən məlumatına görə, Ukraynanın Çernobıl şəhərində 1986-cı atom elektrik stansiyasında baş vermiş partlayış və yanğın nəticəsində ətrafdakı təxminən 2600 kilometrlik sahə radiasiyaya görə boşaldılmışdı.

Çernobıl qəzasınadək bölgədə yaşamış 110 minlik əhali başqa ərazilərə köçürülmüşdü.

Partlayış başverəndən zonra radiasiya altında qalmış qəribsizləşdirilmiş zona alimlər üçün tədqiqat meydançasına çevrilib. Belə elmi qruplardan biri 5 illik layihə çərçivəsində boşaldılmış ərazidə radiasiyanın təbiətə təsirini öyrənib.

Güman edildiyinə görə, ara-sıra hallar istisna olunmaqla boz ayıların Çernobıl zonası ərazisinə ayağı 100 ilə yaxın müddət ərzində dəyməyib.
Bölgənin canlı təbiətini müşahidə edən elmi qrupun rəhbəri Mike Wood ukraynalı həmkarlarının Çernobıl zonasında heyvanat aləminin nümayəndələrini izləmək üçün gizli kameralar quraşdırdıqlarını bildirib.

Son bir neçə ay ərzində həmin kameralar vasitəsilə aparılmış video müşahidə ərazidə boz ayıların peydə olmasını göstərib.

Alimlər uzun müddətli radioaktiv şəraitdə canlı təbiət və vəhşi heyvanların həyat tərzində baş verən dəyişikliklərin araşdırılmasını qarşılarına məqsəd qoyublar.

Çernobılda gizli kamerya düşmüş boz ayı görüntüsü. …read more

From:: ANS