“iPhone”nun o modeli tapılmayacaq

“Apple” şirkəti 2015-ci ildə “iPhone 4S” ilə yanaşı, “iPhone 5c”nin istehsalını da dayandıracağını elan edib.

ANS PRESS-in “ICTnews”a istinadən məlumatına görə, xəbər xidmətinin məlumatına əsasən, beləliklə, “Apple” öz assortimentində yalnız barmaq izləri sensoru olan smarfonlarını saxlayacaq.

“iPhone 5c” 2013-cü ilin sentyabr ayında, aşağı qiymətli “iPhone 5S” smartfonu ilə birgə təqdim edilib. Hazırda “iPhone 5c” smarfonunun qiyməti 417.9 dollar – yəni “iPhone 5S”nin baza modelindən 210 dolar daha ucuz.

Qurğu “Apple” şirkətinin ucuz smartfon bazarına ilk cəhdi idi. Lakin onun qiyməti hələ də Asiyada istehsal edilən analoqlardan daha bahadır.

Məhz buna görə də telefon “iPhone 5S”dən fərqli olaraq böyük populyarlıq əldə edə bilməyib və “Apple” şirkəti bu modelin istehsalını məhdudlaşdırıb. …read more

From:: ANS