Prosineçki: “Heç nə vəd vermirəm”

“Əgər Azərbaycan millisinin baş məşqçisi olsam, yaxşı nəticə üçün çalışacam.”

ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizəd kimi göstərilən Robert Prosineçki Premyer Liqanın 14-cü turunda keçirilən “Bakı” – “İnter” matçından (0:1) sonra jurnalistlərə açıqlamasında deyib.

“Bakı” – “İnter” görüşünü stadiondan canlı izləyən xorvatiyalı mütəxəssis yığmamızın baş məşqçisi təyin olunacağı təqdirdə legioner futbolçuların milliləşdiriləcəyinin mümkünlüyünü bildirib:

“Heç nə vəd vermirəm. Əgər Azərbaycan millisinin baş məşqçisi olsam, yaxşı nəticə üçün çalışacam. Legioner futbolçular yerli oyunçulardan 3 qat üstün olarsa, o zaman onların milliləşdirilməsi haqda düşünə bilərik. Millinin legioner həyatı yaşayan futbolçularından Dmitri Nazarovun oyununu izlədim. “Karşıyaka”nın futbolçusu Mahir Şükürovun Türkiyə birinci liqasındakı oyununu da izləyəcəm”. …read more

From:: ANS