Talibançılar öldürüldü

Əfqanıstanın paytaxtı Kabildə talibançılar xarici vətəndaşların qaldığı otelə hücum ediblər.

ANS PRESS-in məlumatına görə, Kabildə əfqan parlamenti yaxınlığında yerləşən otelə hücum təşkil edən “Taliban” hərəkatının üzvləri öldürülüb.

Hücum həyata keçirən üç talibançı xarici humanitar təşkilatın 2 üzvünü öldürdükdən sonra hadisə yerinə gələn əfqan ordusu nümayəndələri tərəfindən məhv edilib. Yanğın meydana gələn oteldəki müştərilərin təxliyyə olunub.

“Taliban” hərəkatının üzvləri bildiriblər ki, həmin mehmanxana “məxfi xristian missioner mərkəzi”dir. Oteldəki əcnəbilər avstraliyalı olublar.

Qeyd edək ki, son günlər Kabildə bir neçə terror aktı həyata keçirilib. …read more

From:: ANS