Neqromaydan davam edir (VİDEO)

Amerika xalqı Şükran günü ilə əlaqədar bayram ab-havasına bürünsə də, Ferquson hadisələri ilə əlaqədar insanların qəzəbi hələ ki, soyumayıb.

ANS TV-nin məlumatına görə, bir müddət əvvəl qaradərili gəncin öldürülməsi ilə əlaqədar başlayan etiraz yürüşləri ötən gün də davam edib. Çikaqo şəhərininin mərkəzi küçələrindən birində toplaşan fəallar gəncin qətlində ittiham olunan polis əməkdaşının hələ də azadlıqda olmasına qarşı şuarlar səsləndiriblər.

Aksiyalar zamanı son sutka ərzində 15 nəfər həbs edilib. Ferquson şəhərində son günlər baş verən iğtişaşlar Sent Luis rayonunda üç iri ticarət mərkəzinin müvəqqəti olaraq bağlanmasına səbəb olub.

…read more

From:: ANS