Qarabağ əlili və şəhid ailələrinə maşın veriləcək (VİDEO)

Dövlət başçısının sərəncamına əsasən 5 mindən çox Qarabağ əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində sosial təminatının yaxşılaşdırılması, maşın və evlərlə təmin edilməsi nəzərdə tutulur. Büdcənin qəbulundan dərhal sonra isə müraciət edən şəxslərin sənədlərinin qeydiyyatına başlancaq.

ANS TV-nin məlumatına görə, yeni ilə kimi 2014-cü il yanvarın 1-dək növbədə olan Qarabağ əlili və Şəhid ailəsinini maşınla təminatı tam başa çataçaq. Cari il ərzində Əmək və Əhalinin Sosial Müdaafiəsi Nazirliyi 1 400-dən artıq əlili avtomobillə təmin edib. Nazirliyin rəsmisi Çingiz Əliyev bildirdi ki, yeni müraciət edənlərin sayı da artıb. Həmçinnin gələn ay bu kateqoriyadan olan əlillərin daha bir qrupu evlə təmin ediləcək.

“52 rayonda cari ildə 353 ədəd fərdi evin tikintisinə artıq start verilib. İlin sonuna qədər həmin fərdi evlər tikilib növbədə dayananlara veriləcək. Bunula yanaşı olaraq Bakı şəhərində də mənzil növbəsində dayanan – qeyd etdiyim katoqoriyada olan insanlar – təxminən 80 nəfər ilin sonuna kimi mənzillə təmin olunacaqlar”.

Nazirlikdə şəffaflaşma istiqamətində aparılan islahatlardan sonra Tibbi-Sosial Ekspert Komissiyalarının fəaliyyətilə bağlı vətəndaşların şikayətləri də azalıb. İndi müraciətlərin çoxu əlillərə verilən imtiyazlar, güzəştlər və sosial müavinətlərlə bağlı suallardan ibarətdir. Amma bu sahədə islahatlar davam etdirələcək. Artıq əlillər barədə elektron məlumat bazası yaradılıb.

Çingiz Əliyev qeyd edir ki, şəxslərin müraciət etmək hüququ var: “Hüququ əldə etməyən şəxs o növbəyə dayana bilməz. Əgər əlillər sırasında olan şəxs o xüsusi tibbi arayışı, yəni qeyd etdiyim mərkəzdən alırsa, onların növbəyə götürülməsi nazirliyin yanında Dövlət Sosila Təminat Xidməti vasitəsilə hayata keçirilir. Bizim artıq Dağlıq Qarabağ müharibəsi əlillərinin məlumat bazası formalaşıb. 2014-cü ildə 400 nəfər yaxın adam artıq növbəyə götürülüb. Və onlarında avtomobillərlə təminatı düşünürəm ki, növbəti ildə bu məqsədlər üçün ayrılan vəsaitlər cərcivəsində baş tutacaqdır”.

…read more

From:: ANS