Kameron miqrantlara yaşıl işıq yandırdı

Avropadan Böyük Britaniyaya gələn miqrantlar gəldikləri gündən etibarən, 6 ay müddətində iş ala və 4 il sonra Britaniya hökumətinin sosial proqramlarından faydalanacaqlar. Əks halda, onların bu ölkədə qalmaq hüquqları olmayacaq.

ANS PRESS “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.

Ümumiyyətlə, 2008-ci ilin iqtisadi böhranından sonra hökumət əksər xərcləri optimallaşdırmağa çalışıb və immiqrasiya bu növ xərclər sırasına daxil edilib.

Britaniyanın mərkəz-sağçı Müstəqillik Partiyası Avropa İttifaqını (Aİ) tərk etmək və immiqrasiya prosedurlarını sərtləşdirmək barədə verdiyi təkliflər qəbul olunur.

D.Kemeron Aİ-nin nəzarətinin ölkə üzərində olmasına baxmayaraq, immiqrant sayında hər hansı artımın qarşısını alacağına söz verib: “Britaniya hökuməti azadlığın və azad hərəkatın dəstəkçisidir, lakin, bu, “ağlasığmaz hüquqlarla” razılaşacağı anlamına gəlmir.”

O, Britaniyanın Aİ-də qalması ilə bağlı 2017-ci referendumundan əvvəl sözügedən məsələnin həll yolunu tapmağa çalışacağını bildirib.

Avropa Komissiyasının nümayəndəsi Marqaritis Şinas D.Kemeronun ideyalarını məqsədə uyğun sayıb. …read more

From:: ANS