21 yaşlı qız itkin düşdü

Qusarda 21 yaşlı qız itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qusar şəhəri Puşkin küçəsi 5 ünvanında yaşayan Albina Ruslanovna Cavadova 2014-cü il oktyabrın 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu haqda Qusar rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, itkin düşən qızın boyu 151 sm, saçları qara rəngli azca qıvrım, gözlərinin rəngi qonur, orta bədən quruluşuna malikdir.

Evdən çıxarkən əynində sarı rəngli qalın uzunqol qış gödəkçə, tünd göy rəngli cins şalvar və ağ-qara zolaqlı idman ayaqqabısı olub.

Onun barədə hər hansı bir məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə əlaqə saxlamağı xahiş olunur. …read more

From:: ANS