Hollivud gözəllərinə yeni haker hücumu

Məşhur Hollivud aktrisaları yenidən haker hücumları ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın tanınmış kino-ulduzları Ancelina Coli və Kameron Diaza aid şəxsi məlumatlar hakerlərin əlinə keçib.

Kiber cinayətkarlar bazadan şəxsiyyət vəsiqəsi və başqa şəxsi sənədlər barədə məlumatları oğurlayıblar. Bu barədə ABŞ-ın “Contact Music” portalı xəbər yayıb. Məzmunlar arasında hər hansısa bir fotoşəkillərin olub-olmadığı bilinmir.

Son vaxtlar hakerlər ulduzların şəxsi məlumatlarını əldə edərək, bəzilərini daha sonra internetdə yayımlayırlar.

Bir müddət əvvəl – daha dəqiq desək, sentyabrda Cennifer Lourens, Ember Herd, Meri-Keyt Olsen, Heyden Panetter, Selena Qomes, Rianna, Keyt Apton analoji hadisənin “qurbanı” olmuşdu. Həmin hücum zamanı kiber-cinayətkarlar ulduzların “iCloud”dakı hesablarını sındıraraq onların çılpaq görüntülərini oğurlamışdılar. …read more

From:: ANS