Fransa Fələstini tanımağa hazırlaşır

Bir sıra Avropa ölkələri ilə yanaşı Fransa da Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini gündəmə gətirib. Ötən gün məsələyə dair qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılıb. Qanunvericilər dekabrın 2-də qanun layihəsini səsverməyə çıxaracaqlar. Ölkənin xarici işlər naziri Loran Fabiüs bildirib ki, Fransa hökuməti İsrail ilə Fələstin arasında sülh danışıqlarının bərpa olunmasına çalışır.

“Bu vacib addımın atılması üçün beynəlxalq konfrans təşkil etmək olar. Fransa bunu gerçəkləşdirməyə hazırdır. Fələstinin dövlət kimi tanınması Yaxın Şərq münaqişəsinin həlli istiqamətində vacib rol oynaya bilər”.

Fransa parlamentində aparılan müzakirələr fonunda Yaxın Şərqdə İsrail polisi ilə fələstinli gənclər arasında qarşıdurmalar yaşanıb. Qalandiya kəndində İsrail hökumətinə qarşı çıxan fəallar polisə daşlarla hücum edib. İsrailin təhlükəsizlik qüvvələri rezin güllələrlə akisyanı dağıtmağa çalışıb.

Bir müddət əvvəl İsrail hökumətinin müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidinə girişi məhdudlaşdırması iki ölkə arasındakı gərginliyi pik həddinə çatdırmışdı. …read more

From:: ANS