Məşhur yazıçı vəfat etdi

Məşhur ingilis yazıçısı dünyasını dəyişib.

Yaratdığı dedektiv adam “Delqliş” obrazı ilə tanınan 94 yaşlı PD Ceyms İngiltərənin Oksford şəhərində vəfat edib.

Ceyms 1920-ci il avqust ayının 3-ü Oksfordda dünyaya gəlib. Yazıçı 1979-ci ilə qədər Daxili İşlər Nazirliyində çalışıb. 1962-ci ildə, 42 yaşında olan yazıçı “Cover Her Face” kitabını yazır və tənqidçilər tərəfindən bəyənilir.

Yaratdığı dedektiv Adam “Delqliş” obrazı ilə dünyada şöhrət qazanan Ceymsin əsərlərinin bir qismi ekranlaşdırılıb.

Onun 1992-ci il tarixli “The Children of Men” romanı əsasında 2006-cı ildə rejissor Alfonso Kuaron tərəfindən film çəkilib. Filmdə baş rolları Kliv Oven və Culianna Mur oynayıb.

Ceymsin əsərləri bir çox dillərə çevrilib. …read more

From:: ANS