VMF-dən sürpriz (FOTO)

Dünyanın ən məşhur saat brendlərinin Azərbaycandakı təmsilçisi olan ANS Şirkətlər Qrupuna daxil olan məşhur saat istehsalçısı VMF 16 illiyini qeyd edir. Bu münasibətlə VMF müştəriləri üçün sürpriz edib. Belə ki, noyabrın 28-də Bakının Neftçilər prospektində şirkətin yeni salon açılıb.

VMF ölkəmizdə ilk dəfə dünyaca məşhur saat brendlərinin təmsilçiliyini həyata keçirən və beləcə də ölkəmizdə saat bazarının əsasını qoyub. Bir necə müxtəlif şirkəti özündə birləşdirən ANS Şirkətlər Qrupunun bir hissəsi olaraq VMF öz fəaliyyətində ANS-in layiq qürurunun təməl sütununu təşkil edən prinsipləri – onun əsas atributlarına çevrilmiş – öz müştərilərinə qarşı qərəzsiz düzgünlük, partnyorlar önündə yüksək məsuliyyət və eyni zamanda biznesin inkişafında mötədil ideyaları qəbul etməyə hazırlıq və qabaqcıllığa can atmanı rəhbər tutur.

Əməkdaşlığını, yaranma tarixi artıq 180 ilə çatan məşhur İsveçrə brendi olan Longines –lə başlayan VMF hal-hazırda Azərbaycanda 21 brendin rəsmi təmsilçisidir.
VMF-in müştəri auditoriyası müxtəlif sosial yaş qruplarını əhatə etdiyinə görə salonlara baş çəkən hər bir müştəri öz üslubuna, imicinə fəaliyyətinə, maddi imkanına və yaşına uyğun məhsul almaq imkanı əldə edir.

16 il insan ömründə xüsusi bir tarixdir. O, özünün müəyyən kamillik astanasına yetişmək və zirvələri fəth etməyə hazırlıq,həyatda öz yerini tapmaq, qarşıya yeni -yeni məqsədlərin qoyulması və ən yüksək nəticələri əldə etmək üçün mübarizəyə amədəliyi ehtiva edir.
Şirkətin 16 illik yubileyi bütün bu cizgi və tendesiyaları, onu ərsəyə gətirmiş və orada işləyən insanların cəsarəti həvəs və arzularını əks etdirərək daşıyır.

Breguet-nin əfsanəviliyi, Maurice Lacroix və Raymond Weil-in zərifliyi, Longines-nin əbədi klassikası, Omega-nın yüksək dəqiqiliyi və mükəməlliyi, Rado-nun mötədilliyi, Tissot-un etibar və sabitliyi, Versace Ferragamo və CK-nin dəbdəbəliyi, Hamilton-un hüdudsuzluğu, Swatch-un özünəməxsusluq və parlaqlığı, Seiko-nun yenilikçiliyi, Pulsar və Casionun azadpərəstlik və idman ruhu, Flik-Flak-ın şadlığı və qayğısızlığı- burada hər bir saatın özünəməxsus status və xarakteri var.

Bundan savayı VMF aksesuarlarının – Caran d’Ache-dən bahalı qələmlər, Zippodan alışqanlar, Victorinox-dan səyahətçilərin əvəzolunmaz yoldaşı olan çox funksiyalı bıçaqlar və eyni …read more

From:: ANS