Həbsxanada kütləvi intihar

Venesuelada həbsxanalardan birində məhkumlar kütləvi şəkildə intihar edib.

ANS PRESS-in məlumatına görə, Venesuelada yerləşən Devid Viloriya həbsxanasında etiraz edən məhkumlar tibb məntəqəsinə girərək, yüksək dozada dərman qəbul ediblər. Həbsxanadakı həyat şəraitinin pis olduğunu əsas göstərərək intihara cəhd edən məhkumlardan 13-ü dünyasını dəyişib.

Ölkənin pentiensiar xidmət rəisi açıqlamasında 145 məhkumun özünü zəhərləməsi səbəbilə müalicə edildiyini, həbsxanada sakitliyin bərpa olunması üçün ordu qüvvələrinin çağrıldığını bildirib.

Qeyd edək ki, Venesuela həbsxana sayına görə diqqət çəkən ölkələrdən biridir. Ölkədəki 32 həbsxana dünyanın ən böyük bəsxanaları sırasındadır. …read more

From:: ANS