Yataqxanada güclü yanğın

Moskvada tələbə yataqxanasında yanğın meydana gəlib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində fəaliyyət göstərən tələbə yataqxnalarından birində yanğın hadisəsi baş verib.

Dərhal əraziyə xilasedici-yanğınsöndürən qrup cəlb olunub. Xilasedicilərin səyi nəticəsində, 800 nəfər heç bir xəsarət almadan yanğından xilas edilib.

“Yanğın hadisəsi 5 mərtəbəli tələbə yataqxanasının ayaqyolusunda əmələ gəlib. Daha sonra yanğının böyüməməsi üçün xilasedicilərimiz tərəfindən yanğının qarşısı alınıb və tələbələrə binadan təxliyyə edilib.” – deyə Rusiya FHN-nin mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının səbəbi araşdırılır. …read more

From:: ANS