“Qoca qurd” cavanı nokaut etdi (VİDEO)

Təqaüdə çıxmış peşəkar boksçu Miki Rurk iyirmi illik fasilədən sonra rinqə çıxıb.

ANS PRESS-in məlumatına görə, məşhur Hollivud ulduzu, təqaüdə çıxmış peşəkar boksçu Miki Rurk, Moskvada 29 yaşlı amerikalı boksçu Eliyot Seymurla üz-üzə gəlib. Peşəkar rinqdə doqquzuncu döyüşünü keçirən Rurk, heç birində məğlub olmayıb.

“Rossiya” konsert zalında baş tutan qarşılaşmanın ikinci raundunda 62 yaşlı kinoaktyor cavan boksçunu nokauta salıb.

20 il əvvəl “əlcəklərini yerə atmış” Mikkini bu döyüşə məşhur boks mütəxəssisi Freddi Rouça hazırlayıb. Hansı ki, o, bir müddət Mayk Tayson və Oskar Xayyu ilə də çalışıb.

Mikki dünyanın Almaniya, İspaniya və Yaponiya kimi ölkələrində keçirilən beynəlxalq döyüşlərdə yumruq oynadıb. Rurkun boksçu karyerası ərzində burnu, barmağı və qabırğası sınıb, hətta dili də yarılıb. O, hətta bir zamanlar aldığı kəllə-beyin travmasından sonra qısa müddətə yaddaşını da itirib.

…read more

From:: ANS