Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb

Kaliforniya ştatında dünyanın ən böyük “Topaz Solar Farm” fotoelektrik stansiyası işə salınıb.

ANS PRESS-in “ICTnews”a istinadən məlumatına görə, sözügedən stansiyanın yaradılmasına iki il bundan əvvəl başlanılıb, o vaxtdan etibarən 9,5 kvadrat mil sahədə təxminən 9 milyon günəş paneli yerləşdirilib. Bu stansiya 180 min ev təsərrüfatını enerji ilə təmin edəcək.

Kaliforniyada günəş stansiyasının ümumi gücü 550 meqavatt təşkil edir. Onun qiyməti 2,5 milyard dollardır.

Məlumata əsasən, “Topaz Solar Farm” elektrik stansiyasından istifadə hər il atmosferə karbon qazı tullantılarını 337 min ton azaltmağa imkan verəcək. …read more

From:: ANS