“Barak Obamanın ikiüzlülüyü”

“Azərbaycan” qəzetində “Barak Obamanın ikiüzlülüyü” başlıqlı məqalə dərc olunub.

ANS PRESS materialı təqdim edir:

“ABŞ Prezidenti Barak Obama 2009-cu ildə “beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə” Nobel mükafatına layiq görüldü. Bu, cənab Obamanın prezident seçilməsindən cəmi 9 ay sonra baş verdi. ABŞ-ın ilk afro-amerikalı lideri yüksək kürsüdə oturmamışdan əvvəl bəyan etmişdi ki, ölkəsinin birtərəfli xarici siyasətindən imtina edəcək və Amerika ilə yanaşı, həm də digər dünya ölkələrinin maraqlarını qoruyacaq. O, hətta İranla danışıqlar masasına oturacağını və Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Amerikalıların və bütün dünyada bir çox insanların gözündə Obama sülh və davamlı sabitliyi tərənnüm etdirən dövlət başçısı kimi rəğbət doğururdu. Ancaq müdriklərin dediyi kimi, yalnız böyük şəxsiyyətlər öz əməlləri ilə bəyan etdikləri yüksək idealları təsdiqləyirlər.

ABŞ-ın Corc Vaşinqton universitetinin professoru Marta Finnemor və dosent Henri Farrelin “Foreyn Affairs” nəşrində dərc etdikləri “İkiüzlülüyün sonu. Amerikanın xarici siyasəti sızınıtılar əsrində” başlıqlı məqalədə ABŞ-ın, xüsusilə də Barak Obama Administrasiyasının həyata keçirdiyi xarici siyasəti ikiüzlülüyün bariz nümunəsi kimi xarakterizə etmişlər. Müəlliflərin fikrincə, “ikiüzlülük – başqalarını öz hərəkətlərinin legitimliyi ilə razılaşmağa əmin etmək üçün Vaşinqtonun həyata keçirdiyi “yumşaq güc” siyasətinin vacib tərkib hissəsidir”. Ancaq ABŞ ordusunun qulluqçusu Bredli Menninqin “Wikileaks”a ötürdüyü yüz minlərlə məxfi məlumatın açıqlanmasından və ABŞ Milli Təhlükəsizlik Agentliyinin analitiki Edvard Snoudenin Amerikanın casus proqramlarını ifşa etməsindən sonra, “Vaşinqton ikiüzlülüyünün süqutu kimi təsvir oluna biləcək halla rastlaşdı – bəyanatlar və əsl niyyətləri, bəzi hallarda isə öz məqsədlərinə çatmaq uçun istifadə etdiyi çirkin və ikrahdoğurucu metodlar üçün manevr imkanları sərt şəkildə daraldı”.

Bütün dünya açıq şəkildə gördü ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında kompromat toplayır. Həmin məlumatlar təsdiq edirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Avropa İttifaqının Brüsseldəki, Avropa Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin onlarla ölkənin səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının keçmiş …read more

From:: ANS