Neftdə rekord ucuzlaşma

Dünya bazarında neftin qiyməti bir az da ucuzlaşıb. ANS PRESS-in məlumatına görə, WTI neftinin bir barreli 72 sent düşərək 45,35 dollar təşkil edib.

Brent markalı neftin bir barreli isə 92 sent ucuzlaşaraq 46, 51 dollar olub. Brent markalı neftin qiyməti 48 dollardan aşağı həddə 2009-cu ildən bu yana ilk dəfədir ki düşür.

“Ötən gün analitiklərin neftin qiymətilə bağlı pessimist proqnozları qiymətə təsir edib”, – deyə ANZ bankının hesabatında deyilir.

Qeyd edək ki, Çin 2014-cü ilin dekabrında rekord həddə-sutkada 7 milyon barrel neft alıb. Analitiklər aktivliyə baxmayaraq neftin qiymətinin bir qədər də düşəcəyini proqnozlaşdırırlar. …read more

From:: ANS