İŞİD-dən ABŞ-a kiber hücum

ABŞ Silahlı Qüvvələri Mərkəzi Qərargahının sosial şəbəkə hesabları hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter” sosial şəbəkəsindəki bloqu və “Youtube” video platformasındakı kanalı İŞİD terror qruplaşması hakerləri tərəfindən dağıdılıb.

Hesabları sıradan çıxaran hakerlər İŞİD-i dəstəkləyən bir qrup olduqlarını bildiriblər.

“Amerika əsgərləri, biz gəlirik”, deyə hakerlər təhdid dolu ismarışlar buraxıblar.

Bundan başqa, hakerlər hərbçilər haqqında şəxsi məlumatları, komandanlığın xəritəsini bloqda paylaşıblar. …read more

From:: ANS