“Qızıl qlobus”un qalibləri (VİDEO)

Los Ancelesdə film və televiziya ulduzlarının iştirakı ilə “Qızıl qlobus” kino mükafatının 72-ci təqdimat mərasimi təşkil edilib.

ANS PRESS-in məlumatına görə, gecəyə mükafatlardan çox, iştirak edən tanınmış simaların geyindikləri rəngarəng geyimlər damğa vurub.

Xanım məşhurlar qırmızı xalıda dərin dekolte və uzun yarıqları ilə bir-birinə acıq veriblər.

Gecənin aparıcıları Cennifer Lopez və Ceremi Renner olub. Mükafat bir neçə nominasiya üzrə təqdim edilib.

Hər il Hollivudda Xarici Mətbuat Assosasiyası tərəfindən təşkil olunan “Qızıl qlobus” mükafatının təqdimetmə mərasimində bu dəfə “Ən yaxşı ssenari” nominasiyasında “Bördmen” filmi qalib gəlib.

“Ən yaxşı rejissor işi” kateqoriyasında qalib “Yeniyetməlik” kinolentinə görə Riçard Linkleyter elan edilib.

Komediya janrı üzrə “Ən yaxşı aktrisa” nominasiyasında “Böyük gözlər” filmində oynayan Emi Adams mükafatlandırılıb.

Koen qardaşlarının “Farqo” serialı “Ən yaxşı teleserial” kateqoriyasında qalib seçilib.

Gecənin mükafat qazananları isə bunlar olublar:

Ən yaxşı dram filmi: “Yeniyetməlik”
Ən yaxşı komediya və myuzikl: “Qrand Budapeşt Oteli”
Dram filmində ən yaxşı aktyor: Eddi Redmeyn “Stiven Hokinqin kainatı”
Komediya və ya myuziklda ən yaxşı aktyor: Maykl Kiton “Bördmen”
Dramatik filmdə ən yaxşı aktrisa: Culiann Mur “Hələ də Elis”
Komediya və ya myuziklda ən yaxşı aktrisa: Emid Adams “Böyük gözlər”
Ən yaxşı ikinci plan aktyoru: С.K.Simmons “Tutulma”
Ən yaxşı ikinci plan aktrisası: Patritsiya Arket “Yeniyetməlik”
Ən yaxşı rejissor: Riçard Linkleyter “Yeniyeyməlik”
Ən yaxşı ssenari: “Bördmen”
Ən yaxşı xarici film: “Leviafan”
Ən yaxşı animasiya filmi: “Əjdahanı necə əhliləşdirmək olar 2”
Ən yaxşı mahnı: Glory “Selma”
Ən yaxşı musiqi: “Stiven Hokinqin kainatı”
Ən yaxşı dramatik serial: “Məşuqlar”
Dramatik serialda ən yaxşı aktyor: Kevin Speysi “Kart evcik”
Dram serialında ən yaxşı aktrisa: Rut Uilson “Məşuqlar”
Ən yaxşı komediya serialı: “Aşkar olan”
Komediya serialında ən yaxşı akytor: Ceffri Tembor – “Aşkar olan”
Komediya serialında ən yaxşı aktrisa: Cina Rodriqez “Bakirə”
Ən yaxşı telefilm və ya mini-serial: “Farqo”
Telefilm və ya mini-serialda ən yaxşı aktyor: Billi Bob Tornton “Farqo”
Telefilm və ya mini-serialda ən yaxşı aktrisa: Meqqi Cillenhol – “Kübar qadın”
Serial, mini-serial və ya telefilmdə ən yaxşı ikinci plan aktyoru: Mett Bomer “Adi ürək”
Serial, mini-serial və ya telefilmdə ən …read more

From:: ANS