İntiharla bağlı rəsmi açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

ANS PRESS-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. …read more

From:: ANS