Gəncədə yolu keçmək istəyən piyada vuruldu

Gəncədə yolu keçən piyadanı avtomobil vurub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

51 yaşlı Gəncə şəhər sakini Kəsirə Əsgərova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Sürücü hadisə yerindən qaçıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

İlkin tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağırdı.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS