Məsciddə ölənlərin sayı 120-ə çatdı

Nigeriyada məsciddə partlayış vaxtı ölənlərin sayı 120-ə çatıb.

ANS PRESS-in məlumatına görə, Nigeriyanın şimalında Kano şəhərinin məscidində partlayış vaxtı ölənlərin sayı 120-ə qədər artıb. Yaralıların say isə 270 nəfər göstərilir.

Xilasedicilər dağıntılar altında qalan cəsədləri çıxartmaqla məşğuldur.

Qeyd edək ki, ilk yayılan rəsmi məlumatda ölü sayı 64, 3 saat sonra 92 göstərilirdi. Nigeriya rəsmiləri ölü sayının artacağını istisna etmir. …read more

From:: ANS