2014-ci ilin ən yaxşı qolu (VİDEO)

2014-cü ilin ən yaxşı qolu üçün verilən Ferens Puşkaş mükafatının sahibi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekun nəticələrinə əsasən, Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqesin “DÇ-2014″də Uruqvayın qapısına vurduğu qol ötən ilin ən yaxşısı seçilib.

Qeyd edək ki,bu mükafata digər namizədlər İrlandiya millisinin və “Pimaunt Yunayted”in qadın futbolçusu Stefani Roç və Robin van Persi (Hollandiya, “Mançester Yunayted”) idi.

…read more

From:: ANS