Bakı metrosunda lift olacaq-VİDEO

“Avtovağzal” stansiyası 2015-ci ildə istifadəyə verilə bilər. Bu metro stansiyasında əlillərin rahatlığı üçün isə hər şey nəzərə alınıb.

Gələn ilin əvvəlinə təhvil verilməsi planlaşdırılan “Avtovağzal” stansiyası metronun bənövşəyi xəttinə daxildir. Bu xəttin stansiyaları dİgərlərindən bir sıra xüsusiyyətlərilə fərqlənir. Ən əsas üstünlük isə burada fiziki qüsurlu insanların da hərəkətinin nəzərə alınmasıdır. Yeni stansiyalarda ilftlər quraşdırılıb ki, bundan ancaq əlillərin istifadəsinə icazə veriləcək.

“Digər sərnişinlərdən fərqli olaraq, əlil insanlar yerin üstündən bu liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər. Yeni vaqonlarda onlar üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə biləcəklər” – deyə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları ilə bərabər bundan sonrası inşası nəzərdə tutlan bütün stansiyalarda fiziki qüsurlu insanların hərəkəti üçün şərait yaradılacaq. Bənövşəyi xəttin ilk iki stansiyasında isə artıq son tamamlama işləri görülür. Stansiyaların tunelində işlər görülüb. Eskalatorlar hazır vəziyyətə gətirilib. Fransanın “Tales” şirkətilə bağlanmış müqavilə əsasında burada yeni avadanlıqlar quraşdırılıb. Stansiya müasir işıqlandırma sistemilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminin olması ilə fərqlənir. Burada bir yenilik də, bir vaqondan digərinə keçidin mümkünlüyüdür. Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Mövcüd stansiyalar isə beş vaqonludur. “Avtovağzal” stansiyası giriş çıxışlarının çox olması ilə də digərlərindən fərqlənir. Stansiyanını 7 çıxışı var. Bənövşəyi xəttin stansiyalarından digərləinə keçid də nəzərdə tutulb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərin görə, avtovağzaldan gələcəklər “Memar Əcəmi-2” stansiyasına oradan da keçəcəklər yaşıl xəttə – “Memar Əcəmi” stansiyasına.

“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları gələn il Avropa Oyunlarına qədər istifadəyə veriləcək.

…read more

From:: ANS